Sandu: “Moldova ordusunda müasir silahlara ehtiyac var”

29.12.2022 - 23:39

Moldova ordusu ölkənin konstitusiyada nəzərdə tutulan neytral statusuna baxmayaraq, ən müasir silahları almalıdır.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə ölkə prezidenti Maya Sandu “Moldova 1” telekanalının efirində bildirib.

“Neytrallıq demilitarizasiya və ya regionda baş verənlərə biganəlik demək deyil. Özümüzü müdafiə etməli olacağımız halda ordumuz müasir silahlarla təchiz olunmalıdır”, – dövlət başçısı deyib.

Bundan əvvəl Sandu qeyd edib ki, ABŞ və bir sıra Aİ dövlətləri onun ölkəsinə ordunun təchiz edilməsində köməklik göstərəcək və Avropa Sülh Fondu bu məqsədlə 40 milyon avro ayırıb. Onun sözlərinə görə, NATO təkcə Ukraynanı deyil, həm də alyansın standartlarına uyğun olaraq Moldovanın silahlandırma imkanlarını müzakirə edir.

Qeyd edək ki, Kişinyov gələn il müdafiə xərclərini 68% artırmağı planlaşdırır. Bu, ötən həftə Milli Məclisdə birinci oxunuşda təsdiq edilən 2023-cü ilin dövlət büdcəsində müəyyən edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186704

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031