ABŞ-ın neft ehtiyatları artıb
ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 0,7 milyon barel artaraq 419 milyon barel təşkil edib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ehtiyatların hazırkı səviyyəsi ilin son 5 ildəki orta göstəricidən təxminən 6 % aşağıdır.
Qeyd edək ki, ICE London Fond Birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1,1 % azalaraq 1 barel üçün 83,07 dollar, WTI markalı neftin fevral fyuçersləri isə 1,03 % ucuzlaşaraq 1 barel üçün 78,15 dollar təşkil edib.(report)
Short URL: http://www.cumhuriyyet.net/?p=186706