Cənubi Koreya prezidenti KXDR lideri ilə sammit keçirməyə hazırdır

02.01.2023 - 12:54

Cənubi Koreya Prezidenti Yun Sok-Yol Şimali Koreya lideri Kim Çen Inla sammit keçirməyə hazır olduğunu açıqlayıb.

O qeyd edib ki, görüş praktiki nəticə əldə etmək üçün aktual məsələlərin həllinə yönəlməlidir.

Yun Sok-Yolun sözlərinə görə, Cənubi Koreyada Şimali Koreya lideri ilə əvvəlki görüşlərdən məyusluq var, ondan sonra münaqişənin həllində ciddi nəticələr əldə olunmayıb.

“İlk növbədə humanitar məsələlərdən başlamalıyıq, Cənub və Şimal arasında təmaslara və dialoqa qapı açmalıyıq. Müəyyən sayda müzakirələr aparılmalı, istiqamət müəyyən edilməlidir. Yalnız bu formada sammit faydalı nəticələr verə bilər ki, biz bu barədə xalqa və qonşu ölkələrə məlumat verə bilərik. Sammitdən imtina etmək üçün heç bir səbəb yoxdur, amma görüntü xatirinə keçirilən sammit Koreya yarımadasında sülhə kömək edəcəkmi?” – Yun qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186774

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930