Kalın Türkiyənin ABŞ-dən gözləntilərini açıqladı

02.01.2023 - 20:23

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, Ankara Suriyanın şimalında terror təşkilatlarına qarşı mübarizədə ABŞ-dən tərəfdaşlıq ruhuna sadiq qalmasını gözləyir.

“Ölkədə və birbaşa onun hüdudlarından kənarda terror təhlükəsi olduğu halda heç kim bizdən susqunluq gözləməməlidir. Birləşmiş Ştatların tərəfdaşlıq ruhuna əməl etməsini və Türkiyənin təhlükəsizlik problemlərini ciddi qəbul etməsini gözləyirik. Bizə qarşı birtərəfli siyasətin tətbiqini qəbul etmirik, haradan gəlirsə gəlsin. ABŞ ilə qarşılıqlı maraqlara əsaslanaraq əlaqələri inkişaf etdirməyə ümid edirik. Bu mövcud problemləri real və strateji yanaşmalar əsasında həll etməyi tələb edir”, – Ərdoğanın sözçüsü “Kriter” jurnalının yanvar sayına müsahibəsində deyib.

Kalın onu da qeyd edib ki, Ankara ABŞ və Rusiyanın Suriya ilə bağlı 2019-cu ildə imzalanmış müqavilələr çərçivəsində öhdəliklərini yerinə yetirməsini gözləyir. “Sərhədimiz yaxınlığındakı terror təşkilatlarının təmizlənməsi ilə bağlı gözləntilərimizi bir daha bildiririk. Ölkəmiz və sərhəd bölgəmiz tamamilə təhlükəsiz olana qədər milli təhlükəsizliyimizə təhdid yaradan terror ünsürlərinə qarşı qətiyyətlə mübarizə aparmağa davam edəcəyik”, – o vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186833

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930