Fransada həkimlərin tətilləri davam edir

02.01.2023 - 22:00

Fransada dekabrın 26-da başlayan terapevt həkimlərin tətili yanvarın 8-dək uzadılıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Sabahın həkimləri” assosiasiyasının saytında məlumat verilib. Tətil edən həkimlərə bu həftə də tətili davam etdirməyə çağırış olunub. Onlar həkim konsultasiyasının haqqının artırılmasını (25 avrodan 50 avroya qədər) və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Fransa Azad Tibb Birliyi, Fransa Həkimlər Federasiyası, Liberal Həkimlər Həmkarlar İttifaqı və Gənc Həkimlər də daxil olmaqla, bir neçə həmkarlar ittifaqları dekabrın 26-da həkimləri tətil etməyə çağırıblar.

Həkimlərin tətili yanvarın 2-də başa çatmalı idi, ancaq hökumətin həkimlərə diqqətsizliyi onları tətili davam etdirməyə sövq edib. Sağlamlıq keşikçiləri yanvarın 5-də Parisdə Panteon meydanından Səhiyyə Nazirliyi istiqamətində etiraz nümayişi keçirəcəklərini bildiriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=186853

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930