NATO Hərbi Komitəsi Ukraynadakı müharibəni və Kiyevə yardımı müzakirə edəcək

03.01.2023 - 00:17

Yanvarın 18-19-da Brüsseldə NATO-nun Hərbi Komitəsinin iclası keçiriləcək və bu toplantıda Alyans ölkələrinin silahlı qüvvələrinin baş qərargah rəisləri Ukraynadakı müharibə və Kiyevə yardımın davam etdirilməsini müzakirə edəcəklər.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının yayılan bəyanatında deyilib.

NATO-nun ali hərbi orqanı olan Hərbi Komitə 2023-cü il yanvarın 18-19-da Belçikanın paytaxtı Brüsseldə iclas keçirəcək. İclasda NATO-nun 30 ölkəsinin Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə yanaşı, İsveç və Finlandiyadan olan həmkarları da iştirak edəcək.

Hərbi Komitənin toplantılarının gündəliyinə, xüsusilə Rusiya-Ukrayna müharibəsi daxil olacaq.

“Diqqət Ukraynada davam edən müharibənin ilkin müşahidələrinə, həmçinin NATO-nun Əsas Müharibə Konsepsiyası və Qüvvələrin İnkişaf Proqramının həyata keçirilməsinin sürətləndirilməsinə yönəldiləcək”, – bəyanatda qeyd olunub.

Bildirilib ki, yekun iclasda Hərbi Komitə NATO-nun Ukraynaya davam edən yardımını müzakirə edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186871

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031