“Quş qripi” xəbərdarlığı- 50 min toyuq məhv ediləcək
Danimarkada “quş qripi”nə görə minlərlə toyuq məhv ediləcək.
Cumhuriyyet.az xəbər verir ki, dekabrın 31-də ölkənin qərb hissəsindəki Orum şəhəri yaxınlığındakı fermada bir neçə ölü toyuqda “quş qripi” aşkar edildikdən sonra fermadakı 50 min toyuğun məhv ediləcəyi açıqlanıb.
Danimarka Baytarlıq və Qida Administrasiyasının (DVFA) rəhbəri Lotte Brink deyib: “Toyuqlar ölümcül və yüksək yoluxucu H5N1 virusuna yoluxub”.
DVFA həmçinin fermanın 10 kilometrliyindəki fermalardan yumurta və ya quş ətinin icazəsiz çıxarılmasını qadağan edib. Son epidemiya ötən ilin oktyabrından bəri Danimarkada dördüncü və ən böyük “quş qripi” epidemiyası kimi qeydə alınıb.(musavat)
Short URL: http://www.cumhuriyyet.net/?p=186883