Yaponiyada ailələrə şirnikləndirici TƏKLİF

03.01.2023 - 17:12

Yaponiya hakimiyyəti 37,7 milyon əhalisi ilə dünyanın ən böyük aqlomerasiyası sayılan Tokionu boşaltmaq siyasətinə başlayıb. Bunun üçün ailələrə şirnikləndirici layihələr təklif olunur.

Cumhuriyyet.az xəbər verir ki, paytaxtdan köçməyə görə ailədəki hər uşağa bir milyon yen (təxminən 7700 ABŞ dolları) ödənəcək.

Tədbirlər əhalinin qocalmasından və azalmasından əziyyət çəkən Yaponiya üçün strateji hədəfə xidmət edir. Rəsmi Tokio bununla həm də ölkənin digər ərazilərini canlandırmaq istəyir. Ödənişləri almaq üçün ailə Tokiodan kənara və ya onun dağlıq bölgələrinə köçməlidir. Ən azı 5 il yeni yerdə yaşamalıdır. Geri qayıdanlar pulu qaytarmalı olacaqlar.

Yaponiyada bələdiyyələrin 80%-dən çoxu proqrama qoşulub: onlar köçənlərə vəd edilən məbləğin yarısını ödəyəcəklər. Yaponiya hökuməti 2027-ci ilə qədər on minlərlə insanın Tokiodan kəndlərə köçəcəyini gözləyir.

Yaponiya əhalisi aşağı doğum səviyyəsi və ömür uzunluğu səbəbindən sürətlə qocalır: ölkədə yaşı 100-ə çatan 90,5 mindən çox insan yaşayır (1963-cü ildə onların sayı 153 nəfər olub).(musavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186916

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930