Selcuq Bayraktar: “Kızılelma” F-35 qırıcı təyyarəsini üstələyəcək

04.01.2023 - 13:38

Türkiyənin səsdən sürətli pilotsuz qırıcı təyyarəsi “Baykar Kızılelma” bir sıra göstəricisinə görə ABŞ-ın beşinci nəsil F-35 qırıcısını üstələyəcək. O, gələcəkdə klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində də iştirak edə biləcək.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Baykar” kompaniyasının rəhbəri Selcuq Bayraktar Tvnet telekanalının efirində deyib.

“Biz pilotsuz qırıcının səsdən sürətli versiyasını istehsal etməyi planlaşdırırıq. “Kızılelma” klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində istifadə edilə bilər. O, tam hazır olduqdan sonra bəzi göstəricilərinə görə F-35 qırıcı təyyarələrini üstələyəcək”, – deyə Selcuq Bayraktar bildirib. Onun sözlərinə görə, “Kızılelma” pilotsuz uçuş aparatı F-35 qırıcısı kimi beşinci nəsil təyyarəsidir, lakin məsafədən idarə olunur. “Gələcəkdə bu PUA beşinci nəsil klassik aviasiya üçün çağırış olacaq”, – deyə kompaniyanın rəhbəri əlavə edib.

İlk dəfə 2022-ci ilin avqustunda Samsun şəhərində keçirilən “Teknofest” aerokosmik sərgisində təqdim olunan “Kızılelma” Türkiyənin səsdən sürətli qırıcı PUA-sıdır və MIUS pilotsuz döyüş təyyarəsi kompleksi layihəsinin bir hissəsi kimi hazırlanıb. PUA-nın uçuş kütləsi təxminən 6 tondur ki, bunun da təxminən 2 tonu faydalı yükdür. “Kızılelma” 12 kilometr yüksəklikdə 5-6 saat uça bilir. Kompaniyanın məlumatına görə, SATCOM şəbəkəsi ilə işləmək qabiliyyəti sayəsində PUA-nın uçuş diapazonu məhdudiyyətsizdir. Ötən ilin dekabrında ilk uçuşunu həyata keçirən “Kızılelma”nın stend sınaqları artıq başa çatıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186959

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728