Ərdoğan Putinlə bu məsələləri müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Cumhuriyyet.az xəbər verir ki, telefon danışığı zamanı liderlər Rusiya-Ukrayna müharibəsinə toxunublar.
Liderlər, həmçinin, Suriyadakı vəziyyət və ikitərəfli münasibətlər, xüsusilə enerji, eləcə də regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə liderinin ötən gün Ukrayna və Rusiya prezidentləri ilə telefon danışığı aparacağı bildirilmişdi.(axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=187051