Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini ləğv edir
Fevralın 1-də Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi ölkənin Rusiyadakı ticarət nümayəndəliyinin bağlanması barədə qərarı ictimai müzakirəyə təqdim edib.
Cumhuriyyet.az xəbər verir ki, sənəd Qazaxıstanın qanun layihələri və hüquqi aktlarının müzakirəsi portalında dərc olunub.
“Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəliyi dövlət qurumu ləğv edilsin”, – sənəddə qeyd olunub.
Layihənin açıq müzakirəsi fevralın 15-də baş tutacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=187318