ABŞ-də Montana səmasında qəribə partlayışın görüntüsü yayıldı – VİDEO

05.02.2023 - 12:00

ABŞ-nin Montana ştatının sakinləri dünən axşam saatlarında səmada partlayışdan sonra yaranan izə bənzər qeyri-adi hadisənin şahidi olublar.

Bəzi şahidlər səlahiyyətlilərin nəhayət Çin kəşfiyyat hava şarını vurduğunu ehtimal ediblər. Bəziləri isə səmada Amerika döyüş təyyarələrini gördüklərini bildiriblər. Montana qubernatoru Qreq Canforte isə hadisə ilə bağlı şərh verməyib.

Qubernator ştat üzərində səmada baş verən “partlayış” barədə internetdə yayılan videonu izah edə bilməyib. Onun sözlərinə görə, efirə bir neçə dəqiqə qalmış hadisədən xəbər tutub.

“Biz vəziyyəti nəzarətdə saxlayırıq. Bununla bağlı ətraflı məlumatları olub-olmadığını öyrənmək üçün Milli Qvardiyamızla əlaqə saxlayıram”, – deyə qubernator “Fox News”a müsahibəsində qeyd edib.

Qreq Canforte, həmçinin ABŞ Prezidenti Co Baydeni də lazımi tədbirlər görmədiyi üçün tənqid edib. Onun sözlərinə görə, əgər Montana əhalisi özü qərar verə bilsəydi, obyekt vurulmuş olacaqdı.

“Məlumdur ki, prezident vəziyyətlə bağlı məlumatlıdır. Onun variantları var idi, lakin hansısa səbəbdən heç nə etməmək qərarına gəldi. Təəssüf ki, bunun nəticəsi olaraq amerikalılarda güvəndə olmadıqları hissi yarandı”, – deyə Montana qubernatoru Qreq Canforte vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187474

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031