Stoltenberq: “NATO ölkələri Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olub”
“NATO ölkələri Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olub”.
Cumhuriyyet.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.
O, Türkiyə ilə həmrəy olduqlarını bildirib: “Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıram”.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=187547