Türkiyə ilə “Twitter”lə bağlı iclasdan sonra İlon Mask açıqlama verdi – FOTO

09.02.2023 - 12:36

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirinin müavini Ömər Fatih Sayan “Twitter”in Qlobal Hökumətlə Əlaqələr rəhbəri Con Hyuz və “Twitter”in Türkiyə İctimai Siyasət direktoru Ronan Kostello ilə görüş keçirib.

Videokonfrans vasitəsilə keçirilən toplantıda “Twitter”də aparılan dezinformasiyaya qarşı atılacaq addımlar, o cümlədən yalan xəbərlər, saxta yardım kampaniyaları, saxta hesablar və yalan paylaşımlar müzakirə edilib, cəmiyyəti çaxnaşma və xaosa sürükləyə biləcək dezinformasiyaya qarşı sosial şəbəkənin üzərinə düşən vəzifələr diqqətə çatdırılıb.

Həmçinin iclasda Türkiyə tərəfindən “Twitter” rəhbərliyinə İnternetdə İşlənən Cinayətlərlə Mübarizə Qanunundan irəli gələn öhdəlikləri, xüsusilə sosial mediada dezinformasiyanın qarşısını almaq üçün fəal əməkdaşlığı xatırladılıb.

Xatırladaq ki, Türkiyədə “Twitter” və “TikTok”a giriş məhdudlaşdırılıb. Məlumata görə, bu addım reallığa uyğun olmayan informasiyaların qarşısını almaq üçün atılıb.

“Twitter”in sahibi İlon Mask isə verdiyi açıqlamada, məsələ barədə daha ətraflı məlumat əldə etməyə çalışdığını deyib, ancaq təfərrüatı açıqlamayıb. O, həmçinin Türkiyə hökumətinin yaxın vaxtlarda tam girişin bərpa olunacağı barədə “Twitter”i məlumatlandırdığını deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=187815

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930