Ermənilərin Rusiya ilə vidalaşması mümkün deyil – Brayza

09.02.2023 - 21:06

Robert Köçəryanın prezidentliyi dövründən başlayaraq, bir neçə onillik ərzində Ermənistan xarici siyasətində həmişə eyni vaxtda bir kürsüdə oturmağa çalışıb. Bir tərəfdən, Ermənistan hər zaman Rusiyadan asılı olacaq. Digər tərəfdən, bu ölkə Mərkəzi Asiya, həmçinin Gürcüstan, Ukrayna, Moldova, Belarus xalqlarının təcrübəsindən xəbərdardır. Heç kim dominantlıq altında yaşamaq istəmir. Ona görə də hamı xarici siyasətdə alternativlər axtarır.

Cumhuriyyet.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində beynəlxalq ekspert, Ceymstaun Fondu İdarə heyətinin üzvü və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza söyləyib. Onun sözlərinə görə, Ermənistanın indiki lideri – baş nazir Nikol Paşinyan “məxməri inqilab” dalğası nəticəsində hakimiyyətə gəldikdə daha qərbyönümlü sayılırdı.

M.Brayzə deyib:

“O, həmin vaxt Avropa və Birləşmiş Ştatlara çox yaxın görünməmək üçün kifayət qədər ehtiyatla hərəkət edirdi. Hakimiyyətə gəldikdən sonrakı ilk günlər, aylar, illər o, açıq şəkildə bəyan etdi ki, Ermənistanın xarici siyasətinin prioritet istiqaməti Avrasiya İqtisadi İttifaqıdır. Xatırlayırsınızsa, Paşinyan ilk səfərini Moskvaya etdi. Amma, mənim fikrimcə, həm o, həm də bütün ermənilər Azərbaycanla müharibədə Rusiyanın onlara daha fəal dəstək göstərməməsindən məyus oldular. Bundan sonra Ermənistanda bir çoxları emosionallıq göstərir və öz geostrateji imkanlarını şişirdərək Qərblə yaxınlaşmağa çağırırlar. Lakin ermənilər üçün Rusiya ilə vidalaşmaq sadəcə mümkün deyil”.

M.Brayza bununla bağlı qeyd edib ki, Ermənistan Rusiyaya öz himayədarı kimi baxır:

“Rusiya və onun strukturları Ermənistan iqtisadiyyatında çox böyük paya malikdirlər. Bu, istər nəqliyyat, istərsə də energetika sahəsində belədir. Bundan başqa, biz bilirik ki, rus sərhədçiləri Ermənistan sərhədinin çox böyük hissəsini qoruyurlar, bu ölkənin hava məkanı isə Rusiya hava hərəkətinin idarə edilməsi sisteminə inteqrasiya olunub. Beləliklə, Ermənistan üçün Rusiya həmişə mühüm ölkə olacaq. Lakin Paşinyan öz sələfləri kimi hava udmaq və Rusiyanın tam təsiri və dominantlığı altında olmamaq üçün azacıq diplomatik boşluq arayışındadır”.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışan keçmiş səfir Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqların dalana dirəndiyi ilə bağlı suala birmənalı cavab verməkdə çətinlik çəkib.

Fikirlərinə yekun vuran M.Brayza deyib:

“Həqiqətən, hələ ki, hiss olunan tərəqqi yoxdur. Lakin fakt ondan ibarətdir ki, Bakıda özəl söhbətlər zamanı erməni tərəfinin sanki nəyəsə razılıq verməsi, sonradan razılaşmaları pozmasından, həmçinin Fransanın son zamanlar Ermənistana dəstəyinin güclənməsindən məyus olublar. Bu kontekstdə hesab edirəm ki, Avropa İttifaqının sülh prosesinə cəlb olunması müsbət əlamətdir. Biz xatırlayırıq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bir neçə dəfə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında danışıqlarda vasitəçilik edib və bu diskussiyaların nəticələri müsbət olub”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187852

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930