Keçmiş prezident Rihannanı tənqid etdi

13.02.2023 - 22:52

Fevralın 12-dən 13-nə keçən gecə təkcə Amerika futbolsevərləri üçün deyil, Rihanna azarkeşləri üçün də əyləncəli olacaq.

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, müğənni Milli Futbol Liqasının final oyunu olan Super Kubokun fasiləsində çıxış edəcək. Beş ildə ilk canlı şou nümayiş etdirəcək Rihanna “Rihannanın futbol oyunu fasiləsində konserti” yazısı olan köynəklər də buraxıb.

Keçmiş ABŞ prezidenti Donald Tramp isə bu günlərdə Rihanna ilə bağlı tənqidi statuslar paylaşır. “Onun “stilist”i olmasaydı, o, heç kim ola bilməzdi. Hər şey pisdir və istedadı yoxdur” deyə, Tramp paylaşımında yazıb.

Yeri gəlmişkən, uzun müddət Donald və Rihanna arasında münasibət yaxşı olmayıb. Trampın prezidentliyi dövründə müğənni onun haqqında son dərəcə sərt danışıb. Belə ki, 2017-ci ildə o, yeddi ölkədən olan müsəlman qaçqınların ölkəyə girişini qadağan edən qərarından sonra Trampı “əxlaqsız donuz” adlandırıb. 2019-cu ildə isə Trampın ABŞ-dakı qırğınlara biganəliyi onu qəzəbləndirib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188003

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031