Zəlzələ təkcə Türkiyəni deyil, dünyanı da təsirləndirdi – ABŞ
“Əsrin fəlakəti” olaraq xarakterizə edilən Qəhramanmaraş mərkəzli zəlzələlər təkcə Türkiyə və Suriyanı deyil, dünyanı da əhatə edib.
Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Prays zəlzələ görüntülərinin çox təsiredici olduğunu və insanlara kömək etmək üçün gecə-gündüz çalışdıqlarını qeyd edib:
“ABŞ Türkiyə və Suriyada axtarış, xilasetmə və yardım səylərini dəstəkləmək üçün əlavə avadanlıq və resurslar səfərbər edir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=188033