KTMT-nin təlimləri Qırğızıstanda keçiriləcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Sarsılmaz qardaşlıq” qüvvələrinin 2023-cü ildə təlimi Qırğızıstanda keçiriləcək.
Cumhuriyyet.az xəbər verir ki, bunu KTMT-nin Birgə Qərargahının rəhbəri general-polkovnik Anatoli Sidorov deyib.
“Qırğızıstan ərazisində KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz qardaşlıq “ adlı birgə təlimin keçirilməsi planlaşdırılır ki, bu təlim zamanı böhran zonasında münaqişədən sonrakı nizamlanma və sülhməramlı əməliyyatın aparılması üzrə tapşırıqlar yerinə yetiriləcək”, – Sidorov deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=188039