Benksi Sevgililər Günü münasibətilə yeni əsərini təqdim etdi – FOTO

14.02.2023 - 19:35

Britaniyalı küçə rəssamı Benksi çərşənbə axşamı Sevgililər Günü münasibətilə məişət zorakılığı probleminə həsr olunmuş yeni əsərini təqdim edib.

Marqeyt qəsəbəsindəki bir evin divarına çəkilmiş və “Sevgililər Günü Təsviri” adlandırılan qraffitidə əri ilə mətbəxdə mübahisə etdiyi iddia edilən, önlük və rezin əlcək geyinmiş, gözünün ətrafı zərbədən qaralmış qadın təsvir edilib.

Eyni zamanda cütlük arasında mübahisə görüntüsü yaratmaq məqsədilə yan tərəfə çevrilmiş stul və divara söykənən dondurucu onların arasında baş verən mübarizəni vurğulamaq üçün nəzərdə tutulub.

Əsərin fotoları rəssam tərəfindən “Instagram”da yerləşdirilib.

Qeyd edək ki, Benksinin kimliyi hələ də sirr olaraq qalır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188064

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930