Mirzoyan Türkiyəyə gedir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 15-də Türkiyəyə yola düşəcək.
Cumhuriyyet.az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir zəlzələdən zərər çəkmiş Adıyaman şəhərində axtarış-xilasetmə işləri aparan Ermənistan xilasetmə qrupu ilə görüşəcək. Səfər çərçivəsində Ankarada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=188093