ÜST təkzib etdi: Koronavirusun mənşəyi ilə bağlı araşdırmalar dayandırılmayıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyi ilə bağlı araşdırmaların dayandırılması ilə bağlı xəbərləri təkzib edib.
Bu barədə ÜST-nin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, bir müddət bundan əvvəl dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələri ÜST-nin koronavirusun mənşəyi və ilkin yayılma ərazisi barədə əsaslı araşdırmaları dayandırdığını açıqlamışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=188178