Stoltenberq Ərdoğanla görüşəcək

15.02.2023 - 22:01

NATO-nun baş katibi Yens Stoltenberq sabah Türkiyəyə səfər edəcək.

Bu barədə Stoltenberq NATO Müdafiə Nazirləri Toplantısının sonunda təşkil etdiyi mətbuat konfransında məlumat verib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşmək, həmrəylik nümayiş etdirmək və başsağlığı vermək üçün sabah Türkiyədə olacağam”, – deyə o bildirib.

Stoltenberq görüş zamanı NATO və müttəfiqlərin yardımlarının koordinasiyasını da qiymətləndirəcəyini bildirib.

O, Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar bütün müttəfiqlərin Türkiyəyə dərin hüznlə başsağlığı verdiklərini və dəstəklərini ifadə etdiklərini vurğulayıb.

Baş katib dünən NATO Müdafiə Nazirləri Toplantısını bir dəqiqəlik sükutla açdıqlarını xatırladaraq Türkiyəyə verdikləri dəstəyə görə müttəfiqlərə təşəkkür etdiyini bildirib.

“Bu gün Müdafiə Nazirləri Toplantısını da bütün müttəfiqləri dəstəyi və strateji yardımı artırmağa çağırmaqla bitirdim”, – deyə o, sözlərini yekunlaşdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=188215

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930