Ağ Evin keçmiş həkimindən Baydenlə bağlı SENSASİON İDDİA
ABŞ Nümayəndələr Palatasının üzvü, Ağ Evin keçmiş həkimi, respublikaçı Ronni Cekson prezident Co Baydenin səhhəti ilə bağlı həqiqətlərin ört-basdır edilməsinə son qoymağa çağırıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
“Əksər amerikalılar Baydenin psixi sağlamlığının tamamilə pisləşdiyini görürlər, lakin Ağ Ev bu problemi həll etmək üçün nə baş verdiyini və onun işini yerinə yetirə bilmədiyini deyəcək qədər şəffaf deyil. Baydenin həkimi Kevin O’Konnor tərəfindən açıqlanan dünənki yazılı tibbi hesabat bu administrasiyanın həqiqəti gizlətməkdə qərarlı olduğunu təsdiqləyir” – deyə R.Cekson söyləyib. Onun fikrincə, prezident Co Baydenin fiziki sağlamlıq testinin nəticələrindən başqa, idrakının yerində olub-olmadığı barədə məlumatlar da açıqlanmalıdır.
Qeyd edək ki, dünən Bayden tibbi müayinədən keçib, nəticədə ABŞ prezidentinin sağlam olduğu və baş komandanlıq vəzifələrini yerinə yetirməyə yararlı olduğu açıqlanıb. Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=188443