Netanyahu da Kiyevə gedir – Rəsmi dəvət

22.02.2023 - 14:02

İsrail Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Kiyevə səfər edə bilər.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “İsrail Hayom” nəşri hökumət mənbələrinə istinadla məlumat yayıb.

“Mənbələr bildirir ki, əgər Rusiya ABŞ Prezidenti Co Baydenin Kiyev səfəri zamanı təxribat törətmədisə, İsrail xarici işlər nazirinin Ukrayna səfəri Moskvada ajiotaj yaratmadısa, deməli, Netanyahu da gedə bilər”, – nəşr qeyd edib.

“İsrail Hayom” xatırladıb ki, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar başlayandan bəri Netanyahu ehtiyatlı gediş edir:

“Lakin yenidən vəzifəyə gəldikdən sonra bir neçə dəfə qeyd etdi ki, İsrail Ukraynaya silah sistemlərinin göndəriməsi məsələsinə baxır, hətta xarici işlər naziri Eli Koenin Kiyevə səfərinə razılıq verdi”.

Ukraynalı rəsmilərdən birinin nəşrə verdiyi məlumata görə, artıq Kiyev Netanyahuya rəsmi dəvət göndərib, lakin səfərin tarixi hələ müəyyən edilməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=188601

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930