Kapitulyasiya günü Mirzoyanı döyən şəxs tutuldu

22.02.2023 - 15:34

Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş spiker, hazırda ölkənin xarici işlər naziri olan Ararat Mirzoyanı öldürməyə cəhddə şübhəli bilinən şəxsi ələ keçirib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 2020-ci ilin 10 noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağda hərbi əməliyyatların dayandırıması barədə üçtərəfli bəyanat imzalandıqdan sonra T.A. adlı şəxs kütləvi iğtişaşların baş verdiyi Ermənistan parlamentinə tərəf yollanıb və həmin ərazidə Mirzoyanı avtomobilindən çıxararaq döyməyə başlayan etirazçılara qoşulub. Ağır bədən xəsarətləri alan Mirzoyan huşsuz vəziyyətdə xəstəxanaya çatdırılmışdı.

Hadisədən sonra T.A.-ya qarşı cinayət işi açılmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=188607

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930