İsveçrə bu il Ukraynaya ediləcək yardımın həcmini açıqlayıb

22.02.2023 - 22:43

İsveçrə 2023-cü ildə Ukraynaya 114 milyon frank (123 milyon ABŞ dollarından çox), Moldovaya isə 26 milyon frank (28 milyon ABŞ dollarından çox) yardım ayırmaq niyyətindədir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti – Federal Şura məlumat yayıb.

“Federal Şura əmindir ki, hələ də çətin vəziyyətdə olan əhalinin vəziyyətini yaxşılaşdırmaq və dövlətin fəaliyyətini təmin etmək üçün Ukraynaya dəstək davam etməlidir. Bununla əlaqədar, hökumət Ukrayna və Moldovaya 140 milyon frank məbləğində yeni yardım planı təklif edir: Ukrayna üçün 114 milyon, Moldovaya isə 26 milyon”, – hökumətin yaydığı bəyanatda deyilir.

Federal Şuradan xatırladılıb ki, 2022-ci il fevralın 24-dən indiyədək İsveçrə Ukraynaya yardım tədbirləri çərçivəsində təxminən 1,3 milyard frank (1,4 milyard ABŞ dollarından çox) ayırıb. Bu məbləğin 270 milyon frankından çoxu beynəlxalq əməkdaşlıq və digər fəaliyyət növləri çərçivəsində təmin edilib. Öz növbəsində, Ukraynadan olan qaçqınların qəbulu proqramına 1,035 milyard frank ayrılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188655

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031