AB əməkdaşlarına TikTok-dan istifadəni qadağan etdi
Avropa Birliyi TikTok sosial şəbəkəsindən istifadəni işçilərinə qadağan edib.
Cumhuriyyet.az xəbər verir ki, AB əməkdaşlarına şəxsi və korporativ telefonlarından TikTok tətbiqini silməyi tapşırıb.
AB-nin digər qurumları olan Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.
Qeyd edək ki, ABŞ-də rəsmi xidmət üçün istifadə edilən cihazlarda TikTok-dan istifadə qadağan edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=188727