Rusiya Çerniqov və Moldovada təxribat törədəcək

24.02.2023 - 13:00

Rusiya Çerniqov vilayəti ilə sərhəddə və Moldovada saxta bayraqla hərbi əməliyyatlar təxribatlara hazırlaşır.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, Ukrayna kəşfiyyatı kamuflyaj olunmuş rus texnikasının Çerniqov vilayəti yaxınlığındakı sərhəddə hərəkətini qeydə alıb:

“Bu təxribatla Rusiya Belarusun Ukraynaya qarşı müharibəyə girməsinə çalışacaq. Bundan əlavə, işğal olunmuş Dnestryanı bölgədə təxribatların olmasını istisna deyil. Rusiya Müdafiə Nazirliyi Ukraynanı guya Moldovaya işğala hazırlaşmaqda ittiham edib, bununla da Kreml işğalçılara qarşı mübarizədə Maya Sanduya hərbi yardım təklif edən Zelenskinin sözlərini təhrif etməyə çalışıb. Lakin Rusiya Moldovaya birbaşa hücum etməyəcək, çünki Moskvanın bunun üçün hərbi potensialı yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188785

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930