İbrahim Kalından seçki tarixi ilə bağlı AÇIQLAMA

24.02.2023 - 21:00

“Prezident təkbaşına bu qərarı verə bilməz. Parlament öz sözünü deməlidir”.

Cumhuriyyet.az-ın məlumatına görə, bunu Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın “CNN İnternational”a müsahibəsində deyib.

Onun sözlərinə görə, yaxın günlərdə başqa bir siyasi konsensus əldə olunmasa, may ayında Türkiyədə ümumi seçkilərin keçirilməsi tendensiyası müşahidə olunur.

“Amma sonda seçkilərin zəlzələnin təsirinə məruz qalan 10 əyalətdə keçirilib-keçirilməyəcəyinə Ali Seçki Şurası qərar verəcək. 2 milyondan çox insan bölgəni tərk edib. Texniki problemlər var, məsələn, necə səs verəcəklər, hara gedəcəklər deyə suallar yaranır. Lakin tendensiya ondan ibarətdir ki, yaxın günlərdə başqa siyasi konsensus olmasa, seçkilər vaxtında, may ayında keçiriləcək”, – deyə Ərdoğanın sözçüsü bildirib.(baku.ws)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188879

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031