Piterdə erməni OMON əməkdaşını güllələdi – Video

24.02.2023 - 21:30

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində əslən erməni olan Özbəkistan vətəndaşı OMON əməkdaşını güllələyib.

Cumhuriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, hadisəni törədən şəxsin terror aktı planlaşdırdığı bildirilir.

50 yaşlı Tiqran Xaçikyan əlində iki silah və iki “Molotov kokteyli” ilə “Sadovaya” metrostansiyasına gəlib. Biraz getdikdən sonra o, səsgücləndirici kolonkanı çıxarıb, yüksək səslə musiqi qoyub və ona yaxınlaşan Rusiya Qvardiyası əməkdaşlarına qaçmalarını deyib.

OMON onu saxlamağa çalışıb, lakin həmin şəxs ov tüfəngini çıxarıb və bir neçə dəfə atəş açıb.

Xəsarət alan OMON əməkdaşında qarın, bel aşağı nahiyəsi və çanaq hissədən çoxsaylı açıq yaralar aşkarlanıb. O hazırda əməliyyat olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=188884

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031