Britaniya rəhbər qadınların sayına görə dünyada ikinci yerə yüksəlib

28.02.2023 - 22:00

Böyük Britaniya ölkənin aparıcı kompaniyalarında direktorlar şurasının rəhbəri vəzifəsini tutan qadınların sayına görə yalnız Fransadan geri qalır.

Cumhuriyyet.az xəbər verir ki, Reuters agentliyi bu barədə məlumatında London Fond Birjasının məruzəsinə istinad edib.

Məlumata görə, aksiyaları London Fond Birjasında dövr edən ən iri 350 kompaniyanın rəhbərliyində qadınların payı 40,2 faizə bərabərdir. Halbuki 11 il əvvəl bu göstərici cəmi 9,5 faiz idi. Birləşmiş Krallıq 40 faizlik hədəfə 2025-ci ilədək çatmağı qarşısına məqsəd qoymuşdu.

2017-ci ildə qüvvəyə minən qanuna görə, kompaniya rəhbərliyində qadınların sayına 40 faizlik kvotanın tətbiq edildiyi Fransadan fərqli olaraq, Böyük Britaniyada zərif cinsin nümayəndələrini rəhbər vəzifələrə təyin etməklə bağlı məcburiyyət yoxdur.//AZƏRTAC

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189118

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930