ABŞ Ukrayna üçün iki layihəni işə salır

01.03.2023 - 16:51

ABŞ Ukraynaya qaz tədarükü üçün bir anda iki layihəni həyata keçirməyə hazırdır.

Cumhuriyyet.az xəbər verir ki, bunu Amerikanın “Sustainable Solutions” şirkətinin baş direktoru Emil Penya deyib.

“Şirkət layihələri elan edib və artıq Estoniya sahillərində yerləşdirilməsi planlaşdırılan maye qazın qəbulu üçün üzən terminalın icarəyə verilməsi ilə bağlı müqavilə imzalayıb. Bizim bu terminala xidmət edəcək mayeləşdirilmiş qazın daşınması üçün iki tankerimiz var. Biz bu layihəni oktyabr ayına qədər işə salmağa hazırıq”, – o bildirib.

Penyanın sözlərinə görə, “Naftoqaz” rəhbərliyi müvafiq danışıqlar aparmaq üçün gələn həftə Hyustona gələcək:

“İkinci layihə daha tez – yaxın bir neçə ay ərzində işə salına bilər. Şirkət AB və Ukraynada bütün lazımi icazələri almağı planlaşdırır. Əlbəttə, bu, Ukraynanın qazla bağlı bütün problemlərini həll etməyəcək. Lakin bu, qaz tədarükünün şaxələndirilməsinə, Ukraynanın enerji təhlükəsizliyinin artırılmasına imkan verəcək”.

 

Səid Ağayev

Short URL: http://www.cumhuriyyet.net/?p=189190

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728