Çin ABŞ-ı Tayvana silah tədarükünü dayandırmağa çağırıb

02.03.2023 - 21:00

Çin hökuməti Birləşmiş Ştatları Tayvana silah tədarükünü dayandırmağa çağırıb.

Cumhuriyyet.az xəbər verir ki, ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bu çağırışı ABŞ Dövlət Departamentinin Tayvana növbəti silah satışına icazə verməsi ilə bağlı qərarını şərh edərkən səsləndirib.

Onun sözlərinə görə, Tayvana silah tədarükü Çinin suverenliyini pozur, regionda vəziyyətin gərginləşməsinə səbəb olur.

“Çin bu vəziyyətlə bağlı kəskin narazılığını və qəti etirazını bildirir. Həmçinin Pekin öz suverenliyinin və təhlükəsizlik sahəsində maraqlarının müdafiəsi üçün effektiv tədbirlər görəcək”, – deyə diplomat bildirib.

Xatırladaq ki, bir müddət öncə ABŞ Dövlət Departamenti Tayvana F-16 qırıcılarında istifadə olunan raketlərin mümkün satışına icazə verib. Tayvan rəsmiləri Birləşmiş Ştatlardan radar əleyhinə 100 ədəd HARM və hava-hava tipli 200 ədəd AMRAAM raketləri, həmçinin digər sistemlər və ehtiyat hissələri almaq istəyir. Baş tutacağı təqdirdə 619 milyon dollarlıq sövdələşmə Tayvanın hava hücumundan müdafiə qabiliyyətini xeyli artıracaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189339

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031