Moldovada dövlət dili dəyişdirilir

03.03.2023 - 00:14

Moldova Parlamenti dil qanununu birinci oxunuşda qəbul edib. Qanun layihəsinə əsasən, Moldova Konstitusiyasında “Moldova dili” ifadəsi “rumın dili” ilə dəyişdiriləcək.

Cumhuriyyet.az xəbər verir ki, qanun layihəsinin təqdimatı zamanı kürsüyə kommunistlər və sosialistlər blokunun deputatları çıxıblar. Onlar özləri ilə referendum və növbədənkənar parlament seçkiləri ilə bağlı çağırışlarla bağlı plakatlar nümayiş etdiriblər.

Deputatlardan biri digərinin plakatını qoparıb, bundan sonra aralarında dava düşüb.

Qanun layihəsinin müəlliflərindən biri, hakim Fəaliyyət və Həmrəylik (PAS) partiyasından olan deputat Petru Frunze jurnalistlərə bildirib ki, bütün milli qanunlarda “Moldova dili” ifadəsinin “rumın dili” ilə əvəz edilməsi barədə sənəd Konstitusiya Məhkəməsinə yönləndirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189385

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930