Aİ Çinə qarşı sanksiyalar tətbiq edə bilər

03.03.2023 - 23:01

Çinin Rusiyaya silah tədarükü təsdiqini taparsa, Avropa İttifaqı Pekinə qarşı sanksiyalar tətbiq edə bilər.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Aİ institutlarındakı mənbəyə istinadən məlumat yayıb.

“Çin Rusiyaya silah tədarük edərsə, bu, sonuncu qırmızı xətt olacaq. Aİ sanksiyalarla cavab verəcək”, – agentlik adı açıqlanmayan rəsmidən sitat gətirib.

Fevralın 21-də Brüsseldə keçirdiyi mətbuat konfransında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van İ ilə Münhen görüşündə Rusiyaya silah tədarükünün qəbuledilməz olduğunu deyib.

Onun sözlərinə görə, Van İ əmin edib ki, Çin Rusiyaya silah tədarük etmir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189412

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031