ABŞ-də Rusiyaya kömək edən iki amerikalı həbs edildi

03.03.2023 - 23:49

“ABŞ-nin Kanzas-Siti şəhərində iki amerikalı Rusiya Federasiyasına yardım etdiyinə görə həbs edilib”.

Bu barədə ABŞ Ticarət Departamentinin nümayəndəsi Metyu Akselrod bildirib.

Amerikalılar ABŞ-nin ixraca nəzarət qaydalarını pozmaqda və Rusiyaya aviasiya texnologiyaları göndərməkdə şübhəli bilinirlər.

Bildirilir ki, məsələ ilə bağlı ABŞ Ticarət Nazirliyi Federal Təhlükəsizlik Bürosu və Ədliyyə Departamentinin prokurorları ilə əməkdaşlıq edir.

“59 yaşlı Kirill Buyanovski və 55 yaşlı Duqlas Robertson ABŞ-nin ixraca nəzarət qanunlarından yan keçmək üçün əlbir fəaliyyət göstərməkdə və bütün dünyada Rusiya istehsalı olan təyyarələrin istismarı ilə məşğul olan müştərilərə aviasiya elektronikası satmaqda ittiham olunurlar”, – deyə bununla bağlı yayılan məlumatda qeyd edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189423

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031