Abdullahian sabah Türkiyəyə gedir
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfər edəcək.
Cumhuriyyet.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfər martın 8-i tarixində baş tutacaq.
Səfər zamanı Abdullahianın Ankarada türkiyəli həmkarı ilə görüşməsi, eyni zamanda zəlzələnin baş verdiyi Adıyaman vilayətinə də səfər etməsi nəzərdə tutulub.
Short URL: http://www.cumhuriyyet.net/?p=189593