ABŞ-dan Tiflisə şok xəbərdarlıq: Tərəfdaşlıq pozula bilər!

08.03.2023 - 01:28

Gürcüstanda etirazların yatırılmasına görə məsuliyyət daşıyanlar sanksiyalara məruz qala bilərlər.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti “xarici agentlər” barəsində qanun layihəsinə görə vətəndaşların öz etirazlarını dinc şəkildə ifadə etməsinə mane olmamalıdır.

“Dinc nümayişçilərin danışmaq hüququ olmalıdır, bu hüquq Gürcüstan xalqı və bütün dünya xalqları üçün mövcuddur”, – Prays brifinqdə deyib.

O vurğulayıb ki, Vaşinqton Gürcüstandakı vəziyyəti izləyir:

“Birləşmiş Ştatlar sərbəst toplaşmaq və danışmaq hüquqlarını dinc şəkildə həyata keçirənlərin yanındadır”, – Prays əlavə edib.

O, həmçinin bildirib ki, Gürcüstanda “xarici agentlər” haqda qanunun qəbulu Vaşinqtonla Tiflis arasında tərəfdaşlığa xələl gətirə bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189610

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930