İrandan narkotik daşınması kəskin artıb – İrəvan

15.03.2023 - 22:31

Ermənistana narkotik gətirilməsi halları kəskin şəkildə artıb.

Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Ermənistanın vergi və gömrük xidmətlərini birləşdirən Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan deyib.

O bildirib ki, hüquq-mühafizə orqanları və gömrükçülər hər gün narkokuryer həbs etdikləri barədə açıqlama verirlər:

“Əvvəllər “kristal” narkotiklərin tutulması ilə bağlı bir neçə fakt barədə məlumat verilmişdi. Son illərdə onun daşınması cəhdlərinin sayı kəskin şəkildə artıb”.

Badasyan deyib ki, narkotiklərin tranziti digər ölkələrə də problem yaradır.

Qeyd edək ki, İran uzun illər Azərbaycanın işğal altında olan nəzarətsiz ərazilərindən Avropa və Rusiyaya narkotik daşınması üçün istifadə edib. Azərbaycan sərhədlərinə nəzarəti bərpa etdikdən sonra Ermənistan vasitəsilə narkotik daşınması faktları artıb. Ermənistan bundan öncə 2020-ci ildən sonra narkotik qaçaqmalçılığında 4 dəfə artım olduğunu bildirmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189890

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031