Akardan PUA-nın vurulmasına: ABŞ-la həll yolu axtarırıq

15.03.2023 - 23:07

Biz məsələni diqqətlə izləyirik. Müxtəlif təmaslar, o cümlədən Türkiyənin daxilindəki strukturlar arasında da aparılır.

Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qara dənizdə ABŞ PUA-sının Su-27 qırıcısı ilə toqquşması insidentini şərh edərkən deyib.

“Biz ABŞ-dan olan tərəfdaşlarla ağlabatan və məntiqli həll yolu tapmağa çalışırıq. Vəziyyətdən sülh yolu ilə çıxışın tərəfdarıyıq”, – Akar bildirib.

Ankaranın ABŞ-ın hərbi gəmilərinin Qara dənizə keçməsinə icazə verib-verməyəcəyi ilə bağlı sualı Akar belə cavablandırıb:

“Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi Prezident Administrasiyası ilə də əlaqə saxlayaraq sıx təmasda işləməyə davam edir. Bundan sonrakı addımlar yaxın vaxtlarda bəlli olacaq”.

Qeyd edək ki, 14 martda Rusiyaya məxsus Su-27 qırıcısının Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş apartına çırpıldığı bildirilir. Nəticədə PUA dənizə düşüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189896

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930