Rus pravoslavlığına qarşı hücum başlayır – Markov

16.03.2023 - 12:48

Kiyev və Moskva arasında ideoloji qarşıdurmanı dini zəminə daşımağa çalışırlar. Ukrayna rejimi ABŞ-ın göstərişinə əməl edərək pravoslavlığı qadağan etməyə çalışır.

Cumhuriyyet.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Onlar Kiyev-Peçersk lavrasının rahiblərini öz ərazisindən qovmaq istəyirlər. Ənənəvi Ukrayna Pravoslav Kilsəsi indi qanunsuzdur. Kiyev repressiyalarının miqyası getdikcə İkinci Dünya müharibəsi illərində nasistləri xatırladır və Ukraynada təbliğat demək olar ki, nasist Almaniyasının ideologiyasını üstələyib. Zelenski üçün sözün əsl mənasında müqəddəs heç nə qalmayıb. O, Amerikanın planı ilə hərəkət edir, dini parçalamaq niyyətindədir”, – o bildirib.

Markov qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynada pravoslav dini fəaliyyətlərinə cavabdeh və bütün rus pravoslavlığına qarşı aqressiv olacaq struktur yaratmaq istəyir:

“Rusiya ilə Ukrayna arasındakı münaqişəni dini kanala çevirmək istəyirlər. ABŞ-da metroda və digər ictimai yerlərdə özlərini partladan gənclərdən ibarət kamikadzelər, yəni “pravoslav şəhidlər”i yaratmaq planı hazırlanır. Hazırda Ukraynanın bütün ideologiyası Amerika və Böyük Britaniyanın siyasi strateqləri tərəfindən yaradılıb”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189925

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031