Türkiyənin bu qərarını alqışlayıram – Stoltenberq
Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı qərarını alqışlayıram.
Cumhuriyyet.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bildirib.
Alyans rəhbəri qərarın Finlandiyanın, İsveçin və NATO-nun təhlükəsizliyini gücləndirəcəyini vurğulayıb.
“Ümid edirəm ki, Türkiyə Böyük Millət Məclisi ən qısa zamanda ratifikasiya prosesini tamamlayacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=190079