Ərdoğanın bu məktubu yunanları təəccübləndirdi

27.03.2023 - 13:36

Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın müstəqillik günü ilə əlaqədar Baş nazir Kiriakos Miçotakisə göndərdiyi təbrik məktubu Afinanı həm təəccübləndirdi, həm də mətbuatın gündəminə “bənzərsiz hadisə” kimi düşdü.

Cumhuriyyet.az xəbər verir ki, bu haqda Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.

Məlumatda Afinada Ərdoğan və Çavuşoğlunun məktublarının 6 fevral zəlzələlərindən sonra iki ölkə arasındakı münasibətlərin dəyişməsinin konkret örnəyi kimi dəyərləndirildiyi qeyd olunub.

Co Bayden də daxil, bir çox ölkənin rəhbərindən təbrik mesajlarının gəlməsinə baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın və Mövlud Çavuşoğlunun məktubu daha çox diqqəti cəlb edib. Yunan mediası məktubu “Ərdoğandan səmimi məktub”, “Böyük sürpriz” kimi təqdim edib. Türkiyə Prezidenti məktubunda Yunanıstan hökumətinə və xalqına zəlzələ yardımına görə təşəkkür edib, birgə fəaliyyətlə iki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişafına inandığını bildirib. Mövlud Çavuşoğlu isə məktubunda öz həmkarına “sevgili Nikos” deyə xitab edib və ölkələr arasında mehriban qonşuluq əlaqələrinin qarşıdakı dövrdə də davam edəcəyinə inandığını bildirib. Çavuşoğlu əlaqələrin hazırki müsbət gedişatına daha çox töhfə verməyə hazır olduqlarını bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190143

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930