Səudiyyə Ərəbistanı Həcc ziyarətinə məhdudiyyət qoydu

27.03.2023 - 22:20

Səudiyyə Ərəbistanı Ramazan ayında Ümrə ilə bağlı məhdudiyyətlər qoyub.

Cumhuriyyet.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazan ayında hər kəsə yalnız bir dəfə ümrə ziyarətinə icazə veriləcəyini açıqlayıb.

Nazirlik bu qərarın Ramazan ayında ümrə etmək istəyən hər kəs üçün rahatlıq təmin etmək və daha çox insanın ümrə ziyarətinə getməsinə şərait yaratmaq məqsədilə qəbul edildiyinə diqqət çəkib.

Ümrə etmək üçün Nusuk müraciətindən icazə alınması lazım olduğunu qeyd edən Nazirlik, Səudiyyə Ərəbistanı vətəndaşlarının, Səudiyyə Ərəbistanında oturma icazəsi olanların və aktiv vizası olan əcnəbilərin ümrə ziyarətinə icazə verildiyini bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190179

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930