Kadırov: Ərdoğana heyranam!
Çeçenistan lideri Ramzan Kadırov Türkiyə müxalifət lideri ilə görüşəndən sonra ABŞ-ın Türkiyədəki səfiri ilə danışmaqdan imtina edən Prezident Rəcəb Tayyib Ərdoğana heyran olduğunu bildirib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.
“Mən başa düşdüm, bax, mövqe budur!” – o qeyd edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkisində müxalifətin namizədi Kamal Kılıçdaroğlu ilə görüşəndən sonra ABŞ-ın Ankaradakı səfiri üçün qapıları bağlı elan edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=190379