Hulusi Akar Moskvaya gedir – Mühüm görüş

24.04.2023 - 13:57

Sabah Moskvada Rusiya, Türkiyə, Suriya və İran müdafiə nazirlərinin və kəşfiyyat idarəsi rəislərinin dördtərəfli görüşü keçiriləcək.

Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, görüşün məqsədi problemlərin müzakirələr yolu ilə həllidir:

“Biz ən qısa zamanda regiona sülhün və sabitliyin gəlməsini istəyirik. Təmaslarımız qarşılıqlı hörmətə əsaslanaraq davam edir. Toplantı çərçivəsində bəzi müsbət nəticələrin əldə olunması gözlənilir. Biz regional sülhün təmin olunması üçün əlimizdən gələni edirik”.

Akar terrorla mübarizənin davam etdiriləcəyini və Türkiyənin suriyalıların təhlükəsizlik qayğılarını nəzərə aldığını söyləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191057

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031