KİV: “Rusiyadan xam neft ixracı azalmır”

24.04.2023 - 20:24

Rusiya hökuməti xan neft hasilatını azaltdığını iddia etsə də, bu ölkədən ixracda azalma əlaməti yoxdur.

Cumhuriyyet.az xəbər verir ki, tədarüklər artıq ikinci həftədir gündə 3,4 milyon barelə yaxın olaraq qalır.

Rusiya limanlarından axın əvvəlki həftə bərpa olunduqdan sonra, demək olar ki, dəyişməz qalıb və gündə orta hesabla 3,4 milyon barel təşkil edib. Əsasən Çin, Hindistan və Türkiyədən olan qalan alıcıların Rusiyadan tələbi həcmin dörd həftə ərzində orta hesabla yeni maksimuma çatmasına kömək edib.

Məqalədə qeyd olunub ki, dəniz ixracı hələ də hasilatın, Rusiya Energetika Nazirliyinin göstərdiyi kimi, mart ayında gündəlik 700 min barel azalmasını əks etdirmir. Son məlumatlar göstərir ki, neft emalı dərəcələri ilin əvvəlindən faktiki olaraq dəyişməyib və aprelin 19-na kimi keçən ilin eyni ayı ilə müqayisədə sutkada 720 min barel yüksək olub.

Mart ayında başlamalı olan hasilatın azalması artıq ixrac rəqəmlərində özünü göstərməyə başlamalı idi, lakin bu baş verməyib.(report)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191123

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930