“6 ay mənzilimdə pulsuz yaşadı” – Kirkorov Zelenskidən danışdı

24.04.2023 - 21:00

Rusiyanın Xalq artisti Filipp Kirkorov “Аргументы и факты” nəşrinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə tanışlığından və son görüşləri barədə danışıb.

Cumhuriyyet.az xəbər verir ki, müğənni Zelenski ilə ilk tanış olduğu vaxtı belə xatırlayır:

“Biz onunla 2000-ci illərin əvvəllərində, “95-го квартала” çəkilişlərində, Kiyevdə tanış olduq. Gözəl münasibətimiz var idi. Zelenski həqiqətən Rusiya televiziya bazarına daxil olmaq istəyirdi. Bunun üçün məndən kömək istədi. O, Ukraynada artist kimi artıq hər şeyi etdiyini və daha da inkişaf etmək istədiyini bildirdi. “Фактор А” proqramı yaradılarkən mən Puqaçovaya (red. Rusiyanın Xalq artisti Alla Puqaçova, keçmiş həyat yoldaşı) onu mənimlə yanaşı aparıcı etməyi təklif etdim”.

O, vurğulayıb ki, bunun üçün əvvəlcə başqa bir şəxs nəzərdə tutulsa da, sonda Zelenski ilə razılaşıblar:

“İki mövsüm “Россия” kanalında sözügedən verilişi birgə təqdim etdik. Onun pulu yox idi, yumşaq formada desək, simic adam idi və 6 ay mənim mənzilimdə pulsuz yaşadı. Amma onun sayəsində mən Marius Veysberqin “Şəhərdə məhəbbət” filmində rol aldım”.

Kirkorovun sözlərinə görə, o, Zelenskini sonuncu dəfə 2015-ci ildə görüb:

“Sonuncu dəfə onu Mayamidə, böyük ticarət mərkəzində, özünə ayaqqabı alarkən. Məni görəndə gözlərini yayındırdı. İndi onun başına gələnlər mənim üçün təəccüblüdür. Onu tanımıram. Bu, fərqli bir insandır. Heç nə görməyən və eşitməyən “zombi”.

F.Kirkorov müsahibəsində qeyd edib ki, vaxtilə Zelenski onu Ukraynanın Xalq artisti adından məhrum edən fərman imzalayıb. Axşam.az

Short URL: http://www.cumhuriyyet.net/?p=191132

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930