Putinin ölkəmizə gəlməsinə izn verilməyəcək – Reçan
Əminəm ki, Moldova hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin ölkəyə daxil olmasına icazə verməyəcək.
Cumhuriyyet.az xəbər verir ki, bunu Moldova Baş naziri Dorin Reçan bildirib.
O vurğulayıb ki, Moldova Rusiya nümayəndələrinin onun daxili siyasətinə müdaxilə cəhdlərinə dözməyəcək.
Qeyd edək ki, daha öncə baş nazir Moldovada respublikaya daxil ola bilməyəcək rusiyalı məmurların kifayət qədər uzun siyahısı olduğunu, lakin bu siyahının dərc olunmadığını bildirmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=191234