Cənubi Afrika Putindən ölkəyə gəlməməsini istədi: “Gələrsə, həbs edəcəyik…”

01.05.2023 - 15:03

Cənubi Afrika Vladimir Putindən BRİKS sammitinə gəlməməsini, “Zoom” vasitəsilə qoşulmasını istəyib.

Bu barədə “Sunday Times” nəşri məlumat verib.

Nəşrin məlumatına görə, Pretoriya Putini həbs etmək öhdəliyi ilə bağlı hüquqi məsləhət üçün müraciət edib və nəticədə belə bir qərar verilib.

Putin iqtisadiyyatı inkişaf etməkdə olan beş ölkənin – Braziliya, Rusiya, Hindistan, Çin və ev sahibi Cənubi Afrika başçılarının sammitinə dəvət olunub.

Cənubi Afrika Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən və ya onun Ukraynaya qarşı təcavüzünü pisləməkdən imtina edib. Lakin Beynəlxalq Cinayət Məhkəməsinin ukraynalı uşaqların Rusiya tərəfindən işğal olunmuş ərazilərdən zorla deportasiyası ilə bağlı Putinin həbsinə order verməsi Cənubi Afrikanın hakim partiyasını çətin vəziyyətə salıb.

Cənubi Afrika Respublikası Roma Statusunu imzalayan ölkələr sırasındadır ki, bu da onu Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına əməl etmək məcburiyyətində qoyur.
“Bizim Putini həbs etməmək kimi bir seçimimiz yoxdur. O, bura gələrsə, həbs etməli olacağıq”, – deyə Cənubi Afrika hökumətinin sözçüsü nəşrə bildirib.

“Sunday Times”ın xəbərinə görə, keçən həftə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa ölkənin vitse-prezidentinin rəhbərliyi ilə xüsusi hökumət komitəsi yaradıb və bu komitə Putinin həbsi ilə bağlı hökumətin fəaliyyətinə dair variantları araşdıracaq.

Nəşrin mənbəsinin sözlərinə görə, komitə Putinin Moskvadan videobağlantı vasitəsilə sammitdə iştirakından başqa variant tapa bilməyəcək.

Yüksəkvəzifəli məmurlar “Sunday Times”a Pretoriyanın Moskva ilə bu barədə danışıqlar apardığını təsdiqləyiblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191402

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930